Xəbər lenti
30-11-2024, 18:35
 
24-11-2024, 19:50
 

Dövlətimizin savadlı, prinsipial və peşəkar insanlara ehtiyacı var 0

Tarix: 16-06-2023 18:17     Baxış: 4 102

Dövlətimizin savadlı, prinsipial və peşəkar insanlara ehtiyacı var.

Bu gün 60 illik yubileyini şərəf hissi ilə qeyd edən,  şəxsiyyətinə böyük hörmət bəslədiyim insan, uzun illər Kürdəmir rayon Polis şöbəsinin rəisi kimi xidmət etdiyi müddətdən tanıdığım böyük ürəkli və təmənnasız rəhbər, rəhbər kimi çətin bir vəzifənin məsuliyyətini üzərinə götürmüş, hər zaman yüksək peşəkarlığı, xalqa sədaqətli və vicdanlı xidməti, yüksək vəzifə məsuliyyəti ilə seçilmiş, nəcib və insanpərvər keyfiyyətləri sayəsində minlərlə insanın böyük rəğbətini, sevgisini qazanmış general, vicdan və həqiqəti, tabeçiliyində olan əməkdaşların hər birinə mənəvi ata statusunu müqəddəs bilmiş, uca tutmuş ağsaqqal, hər bir atdığı addımlarında haqqın qələbəsinə çalışmış, təbiətindəki saflıq və səmimiyyət, mənəvi və əxlaqi mübarizə üçün Allah tərəfindən ona yenilməz cəsarət və qətiyyət vermiş el-oğlumuz, təmkinli, müdrik, səbirli, nəinki dostu, düşməni də axıradək dinləyə və anlaya bilən peşəkar əməliyyatçı, savadlı və prinsipial hüquqşünas, simasındakı nəciblik, səmimiyyət, alicənablıq daxili aləmindən xəbər verirərək, şəxsiyyətinin bütövlüyünü tamamlayan rəisimiz, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov kimi savadlı və prinsipial rəhbərin tabeçiliyində xidmət etmək hər bir ədliyyə əməkdaşı üçün şərəfdir.

Doğurdan da, insanın sözü ilə əməli üst-üstə düşəndə insan daha çox sevilir və tarixləşir. Cənab generalımızın gözəl yaddaşı, dəqiqliyi, iti yerişi və Penitensiar sahədə böyük ruh yüksəkliyilə xidməti istər-istəməz bütün əməkdaşlara mənəvi dayaq verir. Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Allahın qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan ədliyyə general-mayoru Oqtay Məmmədov Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardan biridir. Oqtay müəllim vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən məmurlardandır. 

“Xalqın ən böyük xidmətçisi mənəm, Məndən nümunə götürün” – deyən prezident cənab İlham Əliyevdən kim nümunə götürdü? Kimdən soruşsanız cənab generalımız Oqtay müəllimi belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən peşəkar rəhbər, gözəl insan və əsl ziyalı.


Fürsətdən istifadə edib, 60 illik yubileyini qeyd edən sevimli və hər kəsin yüksək dəyər verdiyi cənab generalımızı öz adımdan, yaxın və doğmalarım adından səmimi qəlbdən təbrik edirəm, Allahdan həyatın ən gözəl neməti olan can sağlığı, uzun ömür, firavan və xoşbəxt həyat, ailə səadəti, çətin və şərəfli peşəsində uğurlar arzulayıram.

Oqtay İlyas oğlu Məmmədov 17.06.1963-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. 1986-cı ildə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1986-1988-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1986-2006-cı illərdə Daxili İşlər Nazirliyinin İslah əmək müəssisələri idarəsində, Maliyyə-plan idarəsində, İstirahət evində, İqtisadi sahədə cinayətkarlıqla mübarizə idarəsində, Daxili təhqiqatlar idarəsində, Nəqliyyatda Baş Polis İdarəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır. 2006-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində işləmişdir. 2013-2016-cı illərdə Kürdəmir rayon Polis şöbəsinin rəisi olmuşdur. 05.07.2016-cı il tarixdə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir.

Cinayətkarlıqla mübarizədə fərqləndiyinə, habelə uzun illər ərzində qüsursuz xidmətinə görə

daxili işlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür.


Ədliyyə general-mayorudur.

Ailəlidir, iki övladı, iki nəvəsi var.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar