Xəyal Məmmədov "Son zəng" münasibətilə məzunları təbrik edib 0
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri Xəyal Sakit oğlu Məmmədov "Son zəng" münasibətilə məzunları təbrik edib.
Məktəbi bitirməyiniz münasibəti ilə bütün məzunları "Son zəng"lə bağlı təbrik edirəm.
Bu gün elə günlərdən biridir ki, hər zaman yadda qalacaq. Bu gün həm də məsuliyyətli gündür.
2023-cü il "Son zəng" gözəl ilə təsadüf edir. Belə ki, bu il Prezident İlham Əliyev cənablarının imzaladığı Sərəncamı ilə Azərbaycanda 2023-cü il "Heydər Əliyev" ili elan olunub.
Heydər Əliyev ilinin məzunları olmaq hər kəs üçün qürurvericidir. Hər birimiz Azərbaycanın şanlı Qələbə tarixinin şahidi olmaqdan qürur duyuruq.
Eyni zamanda məzun olduğunuz dövrdən sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi yəqin ki, hər birinizin həyatında əsaslı rol oynayacağını vurğulaya bilərəm.
Müəllimləri də xüsusi təbrik edirəm, çünki bu gün siz öz əməyinizin bəhrəsini görürsünüz. Valideynlərə də təbrik düşür. Övladlarını 11 il hazırlayıb məktəbə göndərmək çətin dövrləri arxada qoyurlar.
Gənc xalq olmağımızın üstünlüyü odur ki, ölkənin inkişafında, rifahında rolu böyükdür. Bu gün ən vacib arzum ondan ibarət olacaq ki, harada hansı peşədə olmalarından asılı olmayaraq daim Azərbaycanın inkişafına töhfə verən vətəndaşlar olasınız.
Elçin Tağıyev
Mubarizciler.az
Xəbəri paylaş