Xəbər lenti
25-07-2026, 19:27
 

"Bu yol Heydər yoludur" adlı inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. 0

Tarix: 09-06-2023 17:37     Baxış: 2 359

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Bu yol Heydər yoludur" adlı inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin və müəssisə rəhbərləri, məktəb direktorları, müəllim, valideyn və şagirdlər iştirak ediblər.

Tədbirdə şagirdlər müxtəlif musiqi nömrələri ilə çıxış edib, sonda inşa müsabiqəsində müvafiq yerlərə layiq görülən şagirdlər təltif olunublar. 

Qeyd edək ki, region üzrə ümumillikdə, 237 nəfər şagird müsabiqəyə qatılmaq üçün müraciət edib. Müsabiqə komissiyasının üzvləri tərəfindən inşalar mövzu və meyarlara uyğun yoxlanılmış, inşaları uyğun hesab edilən 33 nəfər şagird müsabiqənin region mərhələsində iştirak etmək hüququ qazanmışdır. Region mərhələsində iştirak edən 33 nəfər şagirdin inşaları komissiya üzvləri tərəfindən yoxlanılmış və 10 nəfər şagird müsabiqənin qalibi hesab edilmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar