Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi - FOTO 0
Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə rayonun digər rəhbər şəxslərinin, xidmət sahələri rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin və yerli bələdiyyələrin iştirakı ilə İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.
Mubarizciler.az xəbər verir ki, İclasda müzakirə ediləcək gündəlik məsələlərdən öncə, Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazovun müvafiq əmri əsasında, rayon Polis şöbəsinin rəisi polkovnik Ramin Qədirovun Sabirabad rayon Polis şöbəsinin rəisi təyin edilməsi ilə bağlı, Goranboy rayon ictimaiyyətinin təbrikləri çatdırıldı, yeni vəzifə səlahiyyətlərinin icrasında uğurlar arzu edildi.
Şura iclasında, “Goranboy rayonunun 2023-cü ilin cari dövrü ərzində sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı sahəsində görülmüş işlərlə bağlı”, “Rayonda humanitar sahədə aparılan işlərin təhlili barədə”, “Rayonda qanunsuz tikintilərin qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə”, “RİH Başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin hesabat dövrü ərzində gördüyü işlər barədə” və “Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizə və şikayətlər barədə” məsələlər geniş müzakirə edildi. İcra başçısı müzakirə edilən məsələlərlə bağlı, aidiyyəti məsul şəxslərə öz tapşırıq və tövsiyyələrini bildirdi.
Xəbəri paylaş