Xəyal Məmmədov: Şəhid ailələri və qazilərimizə qayğı dövlətin diqqətindədir 0
Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və eləcə də qazilərimizə, müharibə iştirakçılarına dövlətimizin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilib, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Dövlət öz növbəsində ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qoruyarkən, şəhid yaxud əlil olmuş insanlara layiqli yanaşma nümayiş etdirir. Özü də ayrı-seçkilik qoymadan,həm I Qarabağ, həm də II Qarabağ müharibəsində zərər çəkmiş həssas təbəqənin nümayəndələrinə münasibət göstərmək prinsipi qorunub saxlanır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.
Prezident İlham Əliyev Vətən üçün müqəddəs yola çıxan və şəhid olan heç bir əsgər ailəsini, heç bir qazini tək qoymadı. Onlar yaralananda hospitallara, xəstəxanalara getdi, səmimi dialoqlar qurdu, onların dərdlərini dinlədi, şəhid ailələri ilə davamlı olaraq görüşdü, onların qarşısında söz verdi və yerinə yetirdi. Bu insanlar cəmiyyətin həssas təbəqəsidir və onlara göstərilməli olan diqqətin kökündə dövlətin, bütün cəmiyyətin mənəvi borcu olmalıdır. Prezident İlham Əliyev bütün çıxışlarında bu dəyəri belə ifadə edir: “Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir”.
Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Bütün görülən bu işlər, həyata keçirilən layihələr şəhid ailələri,qazilərə göstərilən ehtiram,qayğı və diqqət dövlətin onlara sevgisinin göstəricisi olmaqla, yürüdülən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə, veteranlara dövlət qayğısının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ümummilli Liderimizin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, dövlət siyasəti hal-hazırda onun siyasi kursunun layiqli davamçısı ölkə başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Allah bütün şəhidlərimizə rəhmət etsin! Qazilərimizə də şəfa versin!
Xəyal Sakit oğlu Məmmədov
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi
Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri.
Xəbəri paylaş