Xəbər lenti
18-11-2024, 12:06
 

Tərəfimdən artıq 6 ilə yaxın yaradılmış "INTERNATIONAL LAW CENTRE" Beynəlxalq Hüquq Mərkəzinin Fəaliyyət Strategiyası 0

Tarix: 06-06-2023 21:15     Baxış: 2 156

Tərəfimdən artıq 6 ilə yaxın yaradılmış "INTERNATIONAL LAW CENTRE" Beynəlxalq Hüquq Mərkəzinin Fəaliyyət Strategiyası:

 

Respublikamız müstəqilliyə qovuşduqdan sonra son iyirmi ildə aparılan hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, ölkənin bütün sahələrini əhatə edən köklü islahatlar insanların fəal ictimai proseslərə qatılması üçün münbit şərait yaranmışdır.

 

Beynəlxalq Hüquq Mərkəzində də belə bir münbit şəraitin məhsulu olaraq ortaya çıxmışdır və özündə əsasən gənc hüquqşunasları birləşdirməyi hədəf almışdır. Mərkəzin məqsədi özünün Nizamnaməsində də əks olunduğu kimi hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı prosesində hüquqşunasların fəal iştirakına, onların elmi biliklərinin və peşə vərdişlərinin artırılmasına, hüquqşunasların problemlərinin öyrənilməsi və onların aradan qaldırılması istiqamətində təkliflər verilməsi, uşaq, yeniyetmə və gənclər arasında zərərli meyllərə qarşı maarifçilik işinin aparılmasından ibarətdir.

 

Mərkəzin adı təsadüfi seçilməmişdir. İctimai birliyimiz peşəkarların bu qəbil birliklərinə alternativ olmamaqla, yeni nəsil deyə biləcəyimiz gənc hüquqşunasların bilik və bacarıqlarının, peşəkar vərdişlərinin inkişaf etdirilməsinə, eyni zamanda, onların cəmiyyətdə rəğbət bəslənən bir peşəyə sahib olmalarının əlahiddə bir üstünlük deyil, məsuliyyət olduğunu aşılamağı özünə hədəf seçməkdədir.

 

Biz hesab edirik ki, yeni nəsli yaş meyarı ilə deyil, hüquqi düşüncə meyarı ilə dəyərləndirmək lazımdır. Arzuladığımız yeni nəsil keçmişinə hörmətlə yanaşan, görülmüş bütün mütərəqqi işləri təqdir edən, stabillik, dinamik inkişaf və tərəqqi üzərində qurulmuş müstəqil dövlətimizin gələcək inkişafına biganə olmayan, vətənpərvər, əxlaq və milli mənəvi dəyərlərini qoruyub saxlayan hüquqşünaslar nəslidir. Bu baxımdan, Yeni Nəsil hüquqşünasların yaş məhdudiyyətinin olmadığını görürük. Belə bir nəslin nümayəndələri dünənimizdə olduğu kimi bu gündə çoxdur. Bu düşüncəyə sadiq qalan nəslin bünövrəsinin sağlamlığını təmin etmək. onu qoruyub saxlamaq biz peşəkar hüquqşünasların üzərinə düşür.

 

"INTERNATIONAL LAW CENTRE" bəyan edir ki, peşəkar hüquqşünaslarımız hüququn aliliyi, hüquqa və qanuna hörmət prinsiplərinin cəmiyyətin doqmalarına çevrilməsi üçün öz məsuliyyətlərini dərk etməlidir.

 

Müstəqilliyini yenidən bərpa etdikdən sonra, Azərbaycan Respublikası mərhələli inkişaf yolunda inamla irəliləyir. Keçirilən dinamik islahatlar ictimai-siyasi, iqtisadi, sosial-mədəni sahələrdə inkişafa doğru transformasilayara səbəb olmuşdur. Bütün bu proseslər ölkə vətəndaşlarının yaşayış şəraitinin yüksəldilməsinə və Azərbaycanın dünya dövlətləri arasında mövqeyinin möhkəmlənməsinə xidmət edir.

 

Müasir Azərbaycanın simasını yeniləşən və modernləşən cəmiyyət təşkil edir. Bu şəraitdə gələcək məfhumunun simvolu olan gəncliyin fəal olması zəruri və cəmiyyətdəki inkişafın davamlı olmasının əsas şərtidir. Yeni düşüncə tərzinə malik, təşəbbüskar, savadlı və bacarıqlı, eyni zamanda milli-mənəvi dəyərlərə sadiq gənclər Azərbaycanın qarşısında duran çağırışlara tutarlı cavab verməli və müasir dövrün nailiyyətlərini saxlamaqla yanaşı gələcək uğurlara imza atmalıdır. Məhz bu gənclər Azərbaycanda yeni vətəndaş simasını formallaşdıraraq, müstəqil Azərbaycanı təminatlı gələcəyə aparmalıdır.

 

Biz, demokratiyanı cəmiyyətin həyatının bir hissəsi, onun üzvlərinin təfəkkür tərzi, cəmiyyət daxilində onun bütün üzvləri arasında qarşılıqlı əlaqənin forması kimi qəbul edirik. Demokratiyanın hər bir xalqın öz inkişafının strategiyası və yolunu müəyyən etməkdən ibarət suveren seçimi olduğunu bildirir, xalqın rifahı uğrunda, onun dolğun həyatı naminə demokratik təsisatların mövcud olmasının və fəaliyyət göstərməsinin zəruriliyini vurğulayır, eyni zamanda, onlardan xarici məqsəd və vəzifələr naminə istifadə niyyətlərini qəti şəkildə pisləyirik. Bu baxımdan, demokratiyanı məhz Azərbaycan cəmiyyətinin məhsulu kimi görür və kənardan qeyri-təkamül yolu ilə yeridilən modelləri inkar edirik. Bu yolda bizim dəyərlərimizin açıq cəmiyyət, milli inkişafa uyğun demokratik transformasiya və liberal iqtisadiyyat olduğunu bildiririk.

 

Biz, Azərbaycan Beynəlxalq Hüquq Mərkəzi ("INTERNATIONAL LAW CENTRE") olaraq Azərbaycanda yeni formatlı, müasir texnologiyalara və iş üslubuna əsaslanan təşkilat qurmağa, əhalinin fəal kateqoriyası sayılan gənclərin təfəkkürünün sağlam inkişafına, demokratik dəyərlərdən qidalanan və milli mənliyini qoruyan yeni vətəndaş simasının formalaşmasına öz töhfəmizi verməyi qarşıya məqsəd qoymuşuq. Təkamülü cəmiyyətimizin inkişafının yeganə yolu kimi qəbul edib, bu istiqamətdə hüquqşünas gənclərin fəal iştirakının təmin edilməsini başlıca vəzifələrdən biri kimi qiymətləndiririk. Biz yenilikçiyik, yenilikçi olaraq da cəmiyyətimizdə yeniləşmə və modernləşmənin inteqratoru kimi çıxış edirik.

 

Biz, çağdaş Azərbaycan gəncliyinin nümayəndəsi olaraq gələcəyimizi qurarkən bu gün görülən işlərin məsuliyyətini dərk edərək, milli-mənəvi köklərimizə söykənərək, davamlı inkişaf uğrunda əldə edilmiş nailiyyətləri əsas tuturuq.

Mərkəzin təsiscisi və rəhbəri: Əli İbrahimov



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar