Xəbər lenti

Yüksəl Əlizadənin doğum günüdür 0

Tarix: 05-06-2023 13:09     Baxış: 2 177

5 iyun Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Yüksəl Əlizadənin doğum günüdür.

Mubarizciler.az xəbər verir ki, Yüksəl İlqar oğlu Əlizadə 1996-cı il iyunun 5-də Qazax rayonunda anadan olub. Atası — uzun illər bir sıra şəhər və rayon Prokurorluğlarında çalışan İlqar Əliyevdir. Anası — Gəncə Dövlət Universitetinin (GDU) Kafedra müdiri Sevda Kazımovadır. Orta təhsilini Gəncə şəhərində alıb. Ali təhsilini isə Baкı Dövlət Universitetində (BDU) "Tarix" ixtisası üzrə alıb. Ali təhsilini bitirəndən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduğdan sonra isə Naxçıvan Dövlət Universitetində (NDU) "Hüquq" ixtisası üzrə ali təhsil alıb. Subay idi.

Yüksəl Əlizadə 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-nin Gəncə Şəhər Kəpəz Rayon şöbəsinə müraciət edib və sentyabrın 21-də təlimlərə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar