Xəbər lenti

Bu gün Mubarizciler.az-ın 1 yaşı tamam olur 0

Tarix: 05-06-2023 00:49     Baxış: 4 277

Bu gün Mubarizciler.az-ın 1 yaşı tamam olur 

Bir il bundan öncə, Mubarizciler.az xəbər portalı  fəaliyyətə başlayıb.

O zaman kollektivimiz gənc, inadkar, peşəkar olmasa da işində qətiyyətli olan cəmi iki nəfərdən ibarət idi. Onların qarşısında yeni, mövcud xəbər portallarından seçilən, oxucuların yerli xəbərlərlə yanaşı, dünyada baş verən maraqlı hadisələrdən də xəbər tutacağı sayt yaratmaq, ölkəmizdə və planetimizdə baş verən bütün hadisələrdən xəbərdar olmaq kimi çətin bir vəzifə dururdu.

İndi arxaya dönüb keçdiyimiz yola baxdıqda qürurla anlayırıq ki, biz bu vəzifənin öhdəsindən gəlmişik.

Sevindirici haldır ki, bir illik zəhmətimiz bəhrəsiz qalmayaraq oxucular tərəfindən yüksək qiymətləndirilib. Siyasət, idman, təhlil, şou-biznes, həyatda baş verən maraqlı hadisələri tez və operativ şəkildə işıqlandırırıq və oxucularımızın sayı getdikcə artır.

Bizim gücümüz dostluğumuzda və birliyimizdə, həmrəylik və dəstəkverici mühitimizdə, inadkar əməyimiz və işə məhəbbətlə yanaşmamızdadır.

 Və biz inanırıq ki, uğurlarımız bol olacaq, bu inam isə oxucularımızla daimi təmasımıza, onların arzu və tənqidlərinə səmimi yanaşmamıza əsaslanır.

Qarşıda görüləsi işlər çoxdur – planlarımız və auditoriyamız üçün maraqlı foto-layihələr, müxtəlif insanlarla maraqlı müsahibələr və s. kimi sürprizlərimiz var. 

Ona görə də bizimlə qalın, əziz oxucular!

Mubarizciler.az xəbər portalının təəsisçisi İlhamə Rafiq qızı Qasımova

Baş redaktoru Elçin Məhəmməd oğlu Tağıyev



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar