Xəbər lenti
25-07-2026, 19:27
 

Gəncə şəhərində "100 Festivalı" çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirilib - FOTO 0

Tarix: 02-06-2023 10:19     Baxış: 3 850

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "100 Festivalı" çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, idarə, müəssisə rəhbərləri və şəhər sakinləri iştirak ediblər.

Tədbirdə IV siniflərin komanda şəklində əyləncəli, intellektual “100” yarışı, 4-7 yaş qrupu uşaqların iştirakı ilə moda göstərişi, II-V sinif şagirdlərinin iştirakı ilə “Xan bağı xəzinə ovu” yarışı (ingilis dilində) keçirilib. Bütün iştirakçılara sertifikat təqdim olunub, qaliblər isə mükafatlandırılıblar. Qeyd edək ki, tədbirdə Faceart, Dj-in iştirakı ilə musiqili proqram, klon və nağıl qəhrəmanlarının uşaqlarla əyləncəsi həyata keçirilib. Tədbir konsert proqramı ilə davam edib. Konsert proqramında məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələri tərəfindən çıxışlar həyata keçirib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar