Xəbər lenti
8-05-2026, 14:49
 

Prezident Kişinyovda Zirvə toplantısında iştirak etdi - Fotolar 0

Tarix: 01-06-2023 14:50     Baxış: 3 171

İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Həmçinin oxuyun: С сегодняшнего дня myCard Junior можно приобрести с 50% скидкой!

Moldova Prezidenti Maya Sandu Prezident İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.

Builki Zirvə toplantısında ümumilikdə 47 ölkədən dövlət və hökumət başçıları iştirak ediblər.

Qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Xatırladaq ki, “Avropa siyasi birliyi”nin birinci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.

(AZƏRTAC)





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar