Xəbər lenti

İcra başçısı şəhid və qazi övladlarını təbrik etdi - Fotolar 0

Tarix: 01-06-2023 12:34     Baxış: 4 389

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naftalanda şəhid və qazi övladları ilə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, millət vəkili Anar Məmmədov, şəhid ailələri və qazilər, onların övladları iştirak ediblər.

İştirakçılar şəhid və qazi övladları ilə görüşərək bayram münasibətilə onları təbrik edib. İcra başçısı qeyd edib ki, Azərbaycanda uşaqların firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan uşaqları dövlətin və cəmiyyətin qayğısı ilə tam əhatə olunub.

ŞİH başçısı tərəfindən uşaqlara velosiped, həmçinin qoruyucu vasitələr hədiyyə olunub. 

Xatırladaq ki, məhz Naftalanda respublikada ilk olaraq 7 km uzunluğunda veloyol 2021-ci ildə istifadəyə verilib.

Həmçinin deputat tərəfindən də uşaqlara bayram hədiyyələri təqdim edilib.











Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar