Xəbər lenti
25-07-2026, 19:27
 

İcra başçısı Naftalanda qonaq olan Şəhid anası və qazi ilə görüşüb - FOTO 0

Tarix: 30-05-2023 23:25     Baxış: 3 213

Naftalanda qonaq olan Şəhid anası və qazi ilə görüşülüb.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov “Gold Naftalan” Müalicə Mərkəzində istirahət edən Sumqayıt şəhər sakini Şəhid İzzət Həmidovun anası Vəfa İsmayılova və Vətən Müharibəsi qazisi Camal Alxasov ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki,  İcra başçısı Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində İzzət kimi, Camal kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Söhbət zamanı qazi keçdiyi döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüb.

Qonaqlar, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

İcra Hakimiyyətinin başçısı tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar