Qərb bölgəsinin tabeliyində olan bir qrup şəhər, rayonlarda yaşayan valideynlər tərəfindən MİNNƏTDARLIQ 0
MİNNƏTDARLIQ
İDARƏÇİLİKDƏ XÜSUSİ İLƏ FƏRQLƏNƏRƏK HUMANİZM PRİNSİPLƏRİNƏ ƏSASLANARAQ PEŞƏKARLIĞI İLƏ SEÇİLƏN NÜFUZLU ƏDLİYYƏ ƏMƏKDAŞI CƏNAB ELGİZ İSMAYILOVA
Azərbaycan Respublikasının Ədliyyə Naziri Cənab Fikrət Məmmədova
SURƏTİ : Ədliyyə nazirinin müavini Penitensiar Xidmətinin rəisi Cənab Ceyhun Həsənova
SURƏTİ : Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili ( OMBUDSMAN) Xanım Səbinə Əliyevaya
Qərb bölgəsinin tabeliyində olan bir qrup şəhər, rayonlarda yaşayan valideynlər tərəfindən
MİNNƏTDARLIQ
Dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan Ədliyyəsinin humanist, qayğıkeş, mərhəmətli əməkdaşı ədliyyə polkovniki Cənab Elgiz İsmayılov idarəçilikdə xüsusi ilə fərqlənən, peşəkarlığı və qayğıkeşliyi ilə seçilən nüfuzlu rəisdir.
Çox hörmətli Elgiz müəllim Ədliyyə nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinə rəhbərlik etdiyi illərdə bu müəssisədə saxlanılan övladlarımıza əlindən gələn köməkliyi göstərərək, ata qayğısı göstərirdi. Biz övladlarımızı Müalicə müəssisəsinin tibb personal, həkim heyyətinə etibar etmirdik, bilirdik ki, hörmətli Elgiz müəllim kimi müəssisə rəisi var. Elgiz müəllim təmənassız rəhbərdir. Elgiz müəllimin rəhbərlik etdiyi Müalicə müəssisəsinə Penitensiar Xidmətinin tabeliyində olan istintaq təcridxanalarından, cəzaçəkmə müəssisələrindən azadlıqdan məhrum edilmişlər, barələrində həbs qətimkan tədbiri seçilmişlər gələrək müalicə alırdılar, burada saxlanılırdılar. Bir ailədə iki- üç nəfər uşağı tərbiyə etmək, onların qayğısına qalmaq biz valideynlər üçün çox çətin olur. Ancaq, hər tipdə, ayrı - ayrı xasiyyətdə olan azadlıqdan məhrum edilən məhkumları hörmətli Elgiz müəllim öz peşəkarlığı və qayğıkeşliyi ilə səmimi qəbul edərək hər birinə diqqət, qayğı göstərirdi.
Çətin, şərəfli vəzifəsinin öhdəsindən layiqincə gələ bilən nüfuzlu ədliyyə işçisi Cənab Elgiz İsmayılova valideyn olaraq ömrüboyu minnətdarıq.
Halhazırda əldə etdiyimiz məlumata görə artıq neçə illərdir çox hörmətli Elgiz müəllim Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə və tərbiyə müəssisələrinə rəhbərlik edir. Elgiz müəllim humanizm prinsiplərinə əsaslanaraq peşəkarlığını, qayğıkeşliyini halhazırda rəhbərlik etdiyi cəzaçəkmə müəssisəsində də əsirgəmir, məhkumlara mənəvi dəstək olaraq onların cəmiyyətə inteqrasiyasına yardım göstərilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir. Burada cəza çəkən , azadlıqdan məhrum edilmiş bütün şəxslərə davranış zamanı onların hüquqlarına hörmət edilir.
Sonda Ədliyyə nazirliyi Penitensiar Xidmətinin rəisi Cənab Ceyhun Həsənova valideynlər adından öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk ki, ədliyyə polkovniki Cənab Elgiz İsmayılov kimi nüfuzlu rəisi ədliyyə sistemində yüksək vəzifələrə təyin edir. Biz valideynlər övladlarımızın hörmətli Elgiz müəllim kimi nüfuzlu rəisin rəhbərlik etdiyi cəzaçəkmə müəssisəsində cəza çəkmələrindən rahatıq, tam arxayınıq.
Hörmətlə,
Qərb bölgəsi üzrə Gəncə şəhər, Goranboy-Göygöl- Şəmkir- Gədəbəy rayonundan olan valideynlər adından.
Hörmətlə, Goranboy rayonundan Neman Eminov
TARİX: 26.05.2023- cü il
Xəbəri paylaş