Xəbər lenti
25-07-2026, 19:27
 

Antalyada fəaliyyət göstərən Azərbaycan Xalqlar dostluğu diaspor təşkilatının toplantısı keçirilib - FOTO 0

Tarix: 26-05-2023 12:03     Baxış: 1 799

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin iştirakı ilə Antalyada fəaliyyət göstərən Azərbaycan Xalqlar dostluğu diaspor təşkilatının toplantısı keçirilib.

Mubarizciler.az-ın məlumatına görə, Görüşdə YAP nümayəndə heyətinin üzvləri ilə yanaşı, 5 ildir fəaliyyət göstərən dərnəyin türkiyəli üzvləri də iştirak ediblər.

Tədbir hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri açıq elan edən təşkilatın sədri Lalə Həsənova iştirakçılara dərnəyin fəaliyyət istiqamətləri barədə məlumat verib.

Sonra diaspor təşkilatının nəzdində fəaliyyət göstərən “Vətən” milli rəqs qrupu çıxış edib. Daha sonra təşkilatın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və Milli Məclisin deputatları Ramil Həsən, Aydın Mirzazadə, Rəşad Mahmudov, Sevil Mikayılova Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq bağlarından söz açaraq bu qardaşlığın, birliyin əbədi və sarsılmaz olduğunu birdaha xatırladıblar.

Bununla da Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin Antalyaya səfəri başa çatıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar