Xəbər lenti
18-11-2024, 12:06
 

Prezident qəbullar keçirdi - Yenilənib 0

Tarix: 18-05-2023 13:22     Baxış: 959

Prezident İlham Əliyev mayın 18-də Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakulanı qəbul edib.

Mubarizciler.az xəbər verir ki, dövlətimizin başçısı Nosivive Mapisa-Nqakulanın rəhbərlik etdiyi nümayəndə heyətinə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirib və bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.

Azərbaycan Prezidenti ilə görüşməkdən və ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etməkdən şərəf hissi duyduqlarını bildirən Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.

Qonaq ulu öndərin 100 illiyi münasibətilə keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, burada müxtəlif ölkələrdən nümayəndə heyətlərinin bir-biri ilə görüşməsi və fikir mübadiləsi aparması üçün də yaxşı imkanın yarandığını bildirib.

Dövlət başçısının ümummilli liderin siyasətini uğurla davam etdirdiyini vurğulayan Nosivive Mapisa-Nqakula ulu öndərin Azərbaycan tarixində müstəsna rol oynayan böyük şəxsiyyət və Lider olduğunu qeyd edib, ölkəmizin inkişafında onun müstəsna rolunu vurğulayıb. Qonaq deyib ki, Azərbaycanın keçdiyi inkişaf yolu bir nümunədir.

Prezident İlham Əliyev qeyd edib ki, dövlətçiliyimizin qurucusu olan ulu öndər ölkəyə rəhbərliyə gəldiyi dövrdə Azərbaycan çox ağır vəziyyətdə idi. Məhz ümummilli liderin güclü iradəsi və yorulmaz səyləri nəticəsində Azərbaycan çətin vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub.

Söhbət zamanı ikitərəfli əlaqələrin genişlənməsinin vacibliyi vurğulanıb, əməkdaşlıq üçün yaxşı potensialın olduğu qeyd edilib, kənd təsərrüfatı, enerji, turizm, təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan və Cənubi Afrika Respublikasının beynəlxalq təşkilatlar, həmçinin Qoşulmama Hərəkatında uğurlu əməkdaşlığı qeyd edilib.

***

Prezident İlham Əliyev bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatunu qəbul edib.

AZƏRTAC






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar