Xəbər lenti

15 nəfər Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib 0

Tarix: 17-05-2023 19:44     Baxış: 1 155

15 nəfər Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Mubarizciler.az  xəbər verir ki, bununla bağlı qərar YAP İdarə Heyətinin videokonfrans formatında keçirilən iclasında bildirilib.

Qeyd edilib ki, buna səbəb həmin şəxslərin partiyanın nüfuzuna xələl gətirən hərəkətləri olub.

Həmçinin oxuyun: EBRD признал Банк Республика “Cамым активным банком-эмитентом в Азербайджане”! 

İclasda ilk olaraq YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Mehman oğlu Əmirəslanovun səhhəti ilə bağlı vəzifəsindən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul olunub.

Sonra YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə partiyanın İdarə Heyətinin üzvü Bayram Mirazim oğlu Aslanovun və YAP Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə İsmayıl Hüseyn oğlu İbrahimovun təyin olunması məsələsinə baxılıb.

Müzakirələrdən sonra Bayram Mirazim oğlu Aslanovun YAP Gəncə şəhər təşkilatının sədri, İsmayıl Hüseyn oğlu İbrahimovun isə partiyanın Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub. Bayram Aslanov və İsmayıl İbrahimov çıxış edərək təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar