Xəbər lenti

Naftalanda “Technest” Təqaüd Proqramı çərçivəsində görüş keçirilib 0

Tarix: 13-05-2023 12:48     Baxış: 1 085

“Technest” Təqaüd Proqramı çərçivəsində görüş keçirilib


Naftalan ŞİH-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” Təqaüd Proqramı çərçivəsində görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki,  Görüşdə ŞİH-nin başçısı Vüqar Novruzov, Rəqəmsal İnkişaf Agentliyinin “Technest” Təqaüd Proqramının rəhbəri Fatimə Ələkbərova, Tərəfdaşlarla iş və  kommunikasiya departamentinin rəhbəri Nərmin Seyidova və digər məsul şəxslər  iştirak edib.

Görüşdə ŞİH-nin başçısı qeyd edib ki, Naftalan şəhəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində artıq beynəlxalq turizm mərkəzinə çevrilib. Şəhərimiz bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Həmçinin vurğulayıb ki,  Müasir cəmiyyətdə informasiya-kommunikasiya texnologiyaları əsas amillərdən birinə çevrilib, bu texnologiyaların əhatə dairəsi çox genişdir və bütövlükdə cəmiyyətin həyat tərzini əhatə edir.

Qonaqlar texnologiyaların gənclərin İKT sahəsində mütəxəssis kimi yetişməsi və onların intensiv təhsili üçün təqaüd təqdim edən “Technest” Təqaüd Proqramının yarandığı gündən etibarən bu sahədə peşəkar kadr siyasətini həyata keçirməsindən söhbət açıb, hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana biləcəyəni qeyd ediblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar