Xəbər lenti
17-04-2024, 11:13
 

Naftalanda mobillik planı barədə müqavilə imzalandı - FOTOLAR 0

Tarix: 12-05-2023 20:55     Baxış: 819

Naftalan Şəhər İcra Hakimiyyətində iki qurumun nümayəndələri arasında "Şəhərdaxili hərəkət (mobillik) plan"nın hazırlanması ilə bağlı görüləcək işlərin səmərəliliyin artırılması üçün görüş keçirilib.

Mubarizciler.az-ın məlumatına görə, ŞİH-nin başçısı Vüqar Novruzov, Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru Vilayət Vəliyev, Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova və İcra Hakimiyyətinin məsul əməkdaşları görüşdə iştirak ediblər.

İcra başçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naftalanda aparılan abadlıq quruculuq işlərindən söhbət açaraq Naftalanın bu gün beynəlxalq turizm mərkəzinə çevrildiyini qeyd edib. Həmçinin, "Şəhərdaxili hərəkət (mobillik) plan"nın hazırlanmasının, bu məsələnin şəhərin təhlükəsizliyi baxımından vacibliyini xüsusi olaraq vurğulayıb.

Universitetin rektoru “Qayda”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarının mahiyyəti, hərəkətin təhlükəsizliyi baxımından bu görüşün önəmi barədə söhbət açıb. Qeyd edib ki, burada dayanıqlı şəhər modelinin də tətbiq edilməsi nəzərdə tutulub.

Həmçinin, şəhərin yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən “Şəhərdaxili hərəkət (mobillik) planı”nın hazırlanması istiqamətində görüləcək işlər müzakirə olunub, mobillik planı üzrə monitorinqlərin keçirilməsinin zəruriliyindən və bu tədbirlər üzrə hədəflərdən də danışılıb. Mövzu ətrafında müzakirələr aparıldı, təkliflər sələndirilib.

Görüşdə “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb.

Görüşün sonunda qarışılıqlı xatirə hədiyyələri təqdim olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar