Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboyda Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı, “100 ilin Qəhrəmanı” mövzusunda konfrans keçirildi - FOTO 0

Tarix: 10-05-2023 16:58     Baxış: 1 316

Goranboyda, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı, “100 ilin Qəhrəmanı” mövzusunda konfrans keçirildi.


“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Olimpiya İdman Kompleksində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, “100 ilin Qəhrəmanı” mövzusunda konfrans keçirildi. Mubarizciler.az xəbər verir ki, Konfransda, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin və ictimai təşkilatların rəhbərləri, bir qrup ictimai fəallar, ağsaqqallar, ziyalılar, gənclər və KİV nümayəndələri iştirak etdilər.

 

Konfransdan öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi və Heydər Əliyev Mərkəzi ziyarət olundu. Ümummilli Liderimizin xalqına həsr olunmuş mənalı ömür yoluna və siyasi dövlət idarəçiliyi irsinə həsr olunmuş rəsm sərgisi və xüsusi videoçarx izlənildi, flaşmob nümayiş etdirildi. 

Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 1969-2003-cü illər dövrünü əhatə edən siyasi fəaliyyəti barədə geniş məruzə ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirdi ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi..Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar.Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.

Xalqımız Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar