Qalib statusunu bizə yaşadan Ali Baş Komandanımız 0
08 MAY ŞUŞANIN İŞĞAL TARİXİNİ BİZLƏRƏ YAŞADAN ŞƏHİDLƏRİMİZƏ Allahtaladan rəhmət, QAZİLƏRİMİZƏ şəfa diləyirəm!
27 sentyabr 2020- ci il DƏMİR YUMRUQ əməliyyatının başlanğıcı, 44 günlük Vətən müaribəsinin ilk günü idi.
44 GÜNLÜK VƏTƏN müharibəsi , DƏMİR YUMRUQ əməliyyatı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız Möhtərəm Cənab Prezident İlham Əliyevin nəzarəti ilə Silahlı Qüvvələrimizin, Müzəffər Ordumuzun igidliyi, cəsurluğu ilə 30 ilə yaxın həsrətə son qoyuldu, QALİB ÖLKƏNİN QALİB VƏTƏNDAŞLARI olaraq bu gün ərazi bütövlüyü bütövləşmiş, günü - gündən çiçəklənən Azərbaycan Respublikasında yaşayırıq.
QALİB statusunu bizə yaşadan Ali Baş Komandanımız, MÖHTƏRƏM CƏNAB PREZİDENT İlham Əliyevə, Müzəffər Ordumuza, baş tacımız olan ŞƏHİDLƏRİMİZƏ, QAZİLƏRİMİZƏ borcluyuq .
Xüsusilə onu qeyd etmək istəyirəm ki, 08 may Şuşanın işğaldan azad edildiyi günü bizə unutduran ŞƏHİDLƏRİMİZİN müqəddəs ruhu qarşısında baş əyirəm, QAZİLƏRİMİZƏ şəfa diləyirəm.
Ulu öndər, dahi şəxsiyyət ölməz lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan MÖHTƏRƏM CƏNAB PREZİDENT İlham Əliyevə bir ata vəsiyyəti var idi: QARABAĞI, ŞUŞAMIZI düşməndən azad etmək, QARABAĞ AZƏRBAYCANDIR ! QƏLƏBƏ sevincini yaşamaq.
Çox şükürlər olsun ki, artıq 3 ilə yaxındır ki, MÖHTƏRƏM CƏNAB PREZİDENT İlham Əliyevin siyasi kursunun, daxili, xarici siyasətinin nəticəsi olaraq güclü ordumuzun igidliyi , cəsurluğu, mərdliyi nəticəsində ata vəsiyyəti həyata keçiriib.
QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞIN mədəniyyət beşiyi hesab edilən ŞUŞA azaddır!
Eşq olsun Azərbaycanın Müzəffər Ordusuna!
Yaşasın Azərbaycan!
Hörmətlə,
TƏHSİL İŞÇİSİ Eminov Neman Bayram oğlu
TARİX : 08.05.2023- cü il
Xəbəri paylaş