Xəbər lenti

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti qardaş Türkiyə Respublikasında səfərdədir 0

Tarix: 07-05-2023 23:53     Baxış: 1 610

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti qardaş Türkiyə Respublikasında səfərdədir. 

Mubarizciler.az xəbər verir ki, Səfər çərçivəsində YAP nümayəndə heyəti İzmirin Alsancak dəniz limanında  Türkiyənin müdafiə sənayesinin yeni uğuru – "TCG Anadolu" SİHA gəmisini ziyarət ediblər.

Həmçinin nümayəndə heyətinin üzvləri Türkiyə müdafiə sənayesinin növbəti uğurları – “Altay” milli tankı, BAYRAKTAR TB3'', ''Kızıl Elma'' SİHA-sı, ''Hürjet'', ''Hürkuş'', ''ATAK'' helikopterləri ilə tanış olublar.

Nümayəndə heyətinin üzvləri sonra şəhər sakinləri ilə səmimi söhbət ediblər. Türkiyə vətəndaşları YAP-ın nümayəndə heyətini "Qarabağ Azərbaycandır!" şüarı ilə qarşılayıblar.

Bildirilib ki, Türkiyə-Azərbaycan birliyi dünyada və regionda böyük əhəmiyyətə malikdir. Bu gün Türkiyənin inkişafı və uğuru Azərbaycanın da inkişafı və uğurudur.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Malik Həsənov, Mahir Abbaszadə və YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov təmsil olunurlar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar