Xəbər lenti

İcra başçısı təbii fəlakət nəticəsində Aşağı Ağcakənd qəsəbəsində ziyan dəymiş fərdi təsərrüfatlara baş çəkdi - FOTO 0

Tarix: 06-05-2023 10:26     Baxış: 2 282


Goranboy RİH Başçısı  baş verən təbii fəlakət nəticəsində  Aşağı Ağcakənd qəsəbəsində ziyan  dəymiş fərdi təsərrüfatlara baş çəkdi.

Bildiririk ki, 30.04.2023-cü il tarixdə  Goranboy rayonu ərazisində  güclü  leysan yağışı və dolu  nəticəsində  çaylarda  suyun səviyyəsi artmış, ümumilikdə 3436 təsərrüfatı əhatə  edən 1 şəhər, 3 qəsəbə və 8 kəndə, o cümlədən: Börü və Gürzallar kəndlərinin yol infrastrukturuna, Dəliməmmədli şəhəri, Aşağı Ağcakənd, Yuxarı Ağcakənd və Qazanbulaq qəsəbələrində, Borsunlu, Yəhərçi Qazaxlar, Sarov, Veyisli, Sarovlu və  Muzdurlar kəndlərində  bir neçə  fərdi yaşayış evlərinə, iri və xırda buynuzlu mal-qaraya, ev quşlarına və əkin sahələrinə qismən ziyan dəymişdir.

Mubarizciler.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə,  Aşağı Ağcakənd qəsəbəsində ziyan  dəymiş fərdi təsərrüfatlara baş çəkdi. İcra başçısı dəymiş ziyanın müəyyən edilməsi və fəsadların aradan qaldırılması ilə bağlı, aidiyyəti  məsul vəzifəli şəxslərə tapşırıqlarını bildirdi.  Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən baş verən təbii fəlakət nəticəsində dəymiş ziyanın öyrənilməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Aparılan monitorinqlərin nəticəsi əsasında, aidiyyəti üzrə yuxarı dövlət qurumlarına rəsmi müraciətlərin ünvanlanması RİH tərəfindən təmin ediləcəkdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar