Xəbər lenti

“Heydər Əliyev İli” çərçivəsində Naftalanda tədbir keçirilib - FOTO 0

Tarix: 25-04-2023 16:18     Baxış: 1 134

“Heydər Əliyev İli” çərçivəsində Naftalanda keçirilən tədbirlər davam etdirilir


Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Naftalan şəhərində ŞİH-nin təşkilatçılığı ilə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət vəkilləri Anar Məmmədov, Ramin Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ziyalıları iştirak edib.

 Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər. Həmçinin, Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən kitablarla, əl işlərindən və rəsm işlərindən ibarət sərgi ilə tanış olublar. 

Tədbirdə öncə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda Şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

ŞİH-nin başçısı çıxış edərək qeyd edib ki, Ulu Öndər xalqın milli nailiyyət simvoluna çevrilmiş tarixi şəxsiyyətdir. Ümummilli Liderin rəhbərliyi altında əldə olunan uğurların ən mühümü məhz qurub yaratdığı müstəqil Azərbaycan dövlətidir. Xalqımız Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, yüksək zirvələr fəth edəcəkdir.

Tədbirdə çıxış edən Millət vəkilləri mövzu ətrafında geniş məzmunda çıxış edərək qeyd ediblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Çıxış edən digər natiqlər Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi, dövlət idarəçiliyi ənənələrindən bəhs etmişlər. 

Sonda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə şəhər məktəbliləri arasında keçirilmiş “Sən Elə Bir Zirvəsən” adlı şeir müsabiqəsinin qalibləri Fəxri Fərmanlarla təltif olunub, xatirə şəkli çəkilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar