Namiq Kərimov: Xalqımızın Prezident İlham Əliyevə olan sevgisi böyükdür və tükənməzdir 0
Xalqımızın Prezident İlham Əliyevə olan sevgisi böyükdür və tükənməzdir
2018-ci ilin 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,02%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdir. Səsimizi Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq, Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdik.
Dahi şəxsiyyət Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixində xalqa müraciətində deyirdi "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev ilk gündən Ulu Öndər Heydər Əliyev siyasi xəttini zamanın tələblərinə uyğun olaraq yüksək səviyyədə davam etdirməyə başladı. Məhz 2003-cü ildən müstəqil Azərbaycanın yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyev seçkiöncəsi xalqa verdiyi bütün vədləri bir-bir yerinə yetirməklə qısa müddət ərzində ona göstərilən etimadı doğrultdu. Bunun məntiqi nəticəsi olaraq 2008 və 2013-cü illərdə keçirilən Prezident seçkilərində də müdrük, uzaqgörən Azərbaycan xalqı cənab İlham Əliyevə səs verərək onu yenidən Prezident seçdi. Xalqımız bir daha Ulu Öndər siyasi xəttinə sadiqliyini nümayiş etdirdi. Bu Azərbaycan xalqının Prezident cənab İlham Əliyevin gördüyü misilsiz işlərə verdiyi qiymət idi. 11 aprel 2018-ci il ilin növbədənkənar Prezident Seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Bu seçkilərdən sonra Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Seçkilərdən sonra qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində önəmli, əsaslı addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı.
Bu gün tam əminliklə deyə bilərik ki, cənab Prezident İlham Əliyev ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalış¬maqla, xalqın maraq və mənafelərinə ca¬vab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Azərbaycanın ölkə miqyasında, eləcə də dünya miqyasında əldə etdiyi böyük uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış siyasət və yorulmaz fəaliyyəti nəticəsində mümkün olmuşdur. Cənab Prezident İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biridir. Azərbaycanın Qoşulmama Hərəkatında liderliyi, BMT Təhlükəsizlik Şurası səviyyəsində qlobal təşəbbüsləri, o cümlədən pandemiya ilə mübarizə, dayanıqlı inkişafın təmin edilməsi təşəbbüsləri Azərbaycanı beynılxalq aləmdə gündəmii formalışdıran ölkələr sırasına daxil etmişdir. Cənab Prezident bu nöqteyi-nəzərdən beynəlxalq siyasətçi kim öz fəaliyyətini təkcə Azərbaycanın və regionun maraqları naminə deyil, həm də bəşər sivlizasiyası üçün dayanıqlı inkişafın vəzifə və məqsədlərinin formalaşmasına yönəltmşdir. Bu genişmiqyaslı fəaliyyətinə görə cənab Prezident İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biri kimi tanınır. Milli məsələlərdə güzəştə getməyən Prezident İlham Əliyev hakimiyyətə gələndən böyük zəfər gününə kimi Qarabağ məsələsində də heç bir güzəştə getmədi, Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. O, 44 gün ərzində siyasi, hərbi lider kimi durmadan, dincəlmədən, sözün əsl mənasında, vuruşdu, həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində əldə edilmiş dinamik iqtisadi tərəqqi və ictimai-siyasi sabitlik cəmiyyətimizin bütün təbəqələrinin maraqlarını ifadə edir. Azərbaycan iqtisadiyyatı liberal əsaslara söykənir, iqtisadi tərəqqimiz dinamik xarakterlidir, dövlətimiz sosialyönümlü fəaliyyətə malikdir və bütün bunlar uzunmüddətli inkişafı təmin edən faktorlar kimi çıxış edir. Azərbaycan dövləti hər bir vətəndaşın və ailənin, bütövlükdə cəmiyyətin himayəçisi qismində çıxış edir, hər bir vətəndaş və ailə öz həyatında dövlətin dəstəyini, diqqət və qayğısını hiss edir. Tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyev şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır.
Namiq Kərimov,
YAP Goranboy rayon təşkilatının fəal.
Xəbəri paylaş