Xəbər lenti
18-11-2024, 12:06
 

Mehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb - Fotolar 0

Tarix: 12-04-2023 00:51     Baxış: 1 678

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aprelin 11-də Xəzər rayonunda iftar süfrəsi açılıb.

Mubarizciler.az-ın məlumatına görə, xəbər verir ki, tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz ruhuna dualar edilib, Ramazan ayının fəzilətlərindən və savablarından danışılıb.

Vətən müharibəsi şəhidi Ramin Yusifzadənin anası Reyhan Yusifova, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Emil Həsənov Azərbaycan dövlətinin şəhid ailələrinə, aztəminatlı ailələrin üzvlərinə, qazilərə diqqət və qayğısından danışıb, minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu qəbildən olan şəxslər daim Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar. Belə tədbirlərin təşkili də məhz bu diqqət və qayğının, mənəvi dəstəyin bir ifadəsidir.













Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar