Mahiyəddin Mazanov: Xalq həmişə olduğu kimi 2018-ci ildə də doğru,müdrik seçim etmişdir 0
Xalq həmişə olduğu kimi 2018-ci ildə də doğru,müdrik seçim etmişdir
Dörd il əvvəl 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində cənab İlham Əliyevin xalqın 86,02 faizinin etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilməsi məhz bu sevginin, inamın əyani təzahürü idi.Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevə yüksək etimad göstərdi və bir daha sabitliyə inkişafa səs vermiş oldu.Xalq həmişə olduğu kimi,bu dəfə də doğru,müdrik seçim etmişdir.Bu seçim cənab İlham Əliyevdir.
Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti bilavasitə əlaqədardır.Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın Beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. Bunun ən başlıca səbəbi Azərbaycanda həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir .2018-ci ildə Prezident İlham Əliyevin sosialyönümlü dövlət quruculuğunun təmin olunması istiqamətində apardığı uğurlu siyasət nəticəsində əhalinin sosial rifah halı yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Cənab Prezidentin apardığı bu siyasət bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir.
Ümummilli Lider tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası özündə dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri birləşdirərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini ehtiva edir. Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırmış, mövqelərini daha da möhkəmləndirmişdir.
2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Cənab İham Əliyev xalqın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.Bu qələbə bütövlükdə Azərbaycan xalqının zəfəridir. Lider-xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut edən 11 aprel seçkiləri həm də Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu.
Son on ildə Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin dünyadakı nüfuzu artmışdır. Dövlətimizin başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olunmuş, Prezident İlham Əliyev görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır. Əsası ümummilli lider tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış uğurlar milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirilmiş, dönməzliyə çevrilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə böyük uğurlar qazanılmış, demokratik inkişaf, suverenlik və özünütəminetmə prinsiplərinə söykənən müstəqil Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr arasında ən qabaqcıl yerlərdən birini tutmuşdur. Şübhəsiz, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır. Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi on il ərzində ictimai-siyasi həyatın bütün sahələrində sürətli inkişaf müşahidə olunmuş, Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bugünkü milli inkişafın fundamental əsaslarını ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün qanunauyğunluqlarına müvafiq surətdə qətiyyətlə və böyük uğurla davam etdirilməsi təşkil edir. Müasir Azərbaycanın gerçəkliklərini ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması, müxtəlif inkişaf modellərinin uğurla tətbiqi,sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi təşkil edir.
Cənab Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 20 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.”
Azərbaycan xalqı öz liderinin müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq öz torpqlarını işğaldan azad etdi və bununla da şanlı tarixinin ən şərəfli səhifələrini yazdı. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Müharibə Azərbaycanın gücünü-qüdrətini bütün dünyaya nümayiş etdirdi. Həmçinin ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratdı. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir. Qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir. Əlbəttə ki, bu tarixi Zəfərin əldə olunması üçün uzun illər ərzində müvafiq tədbirlər görülmüş, məqsədyönlü addımlar atılmışdı. O cümlədən Azərbaycanda 2018-ci ilin 11 aprel tarixində keçirilmiş növbədənkənar Prezident seçkiləri dövlətin və xalqın milli mənafeləri baxımından son dərəcə böyük əhəmiyyətə malik olan hadisə idi. Xalqın həmin gün yekdilliklə etimad göstərdiyi Prezident İlham Əliyev bu gün Azərbaycanı qalib dövlət kimi dünyaya tanıdıb və qəbul etdirib. Birmənalı olaraq demək lazımdır ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetlərinə çevrilib.”
Mahiyəddin Mazanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.
Xəbəri paylaş