Xəbər lenti
Dünən, 19:50
 
18-11-2024, 12:06
 

Ürfət Həsənov: 2018-ci il aprelin 11-də ölkəmizin inkişafında yeni bir mərhələ başlandı 0

Tarix: 11-04-2023 15:21     Baxış: 891

2018-ci il aprelin 11-də ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.

2018-ci il aprelin 11-də Azərbaycanda daha bir taleyüklü hadisə yaşandı – növbədənkənar prezident seçkiləri keçirildi. Azərbaycan seçicisinin mütləq əksəriyyətinin, 86,02 faizinin etimadını qazanan cənab İlham Əliyev Prezident seçildi. Bu mühüm siyasi hadisə müasir tariximizin yeni mərhələsinin başlanğıcı oldu.

Cənab İlham Əliyev 2018-ci il 18 aprel tarixində keçirilən andiçmə mərasimində bildirmişdir: “Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir.” Andçimə mərasimində Prezident İlham Əliyevin  Azərbaycanın gələcəyi ilə bağlı söylədiyi fikirlər atılacaq addımlar üçün yol xəritəsi oldu.

   Ümummilli Lider tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası özündə dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri birləşdirərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini ehtiva edir. Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırmış, mövqelərini daha da möhkəmləndirmişdir.

       2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Cənab İham Əliyev xalqın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.Bu qələbə bütövlükdə Azərbaycan xalqının zəfəridir. Lider-xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut edən 11 aprel seçkiləri həm də Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu.

Azərbaycan xalqı öz liderinin  müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq öz torpqlarını işğaldan azad etdi və bununla da şanlı tarixinin ən şərəfli səhifələrini yazdı. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Müharibə Azərbaycanın gücünü-qüdrətini bütün dünyaya nümayiş etdirdi. Həmçinin ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratdı. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir. Qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir. Əlbəttə ki, bu tarixi Zəfərin əldə olunması üçün uzun illər ərzində müvafiq tədbirlər görülmüş, məqsədyönlü addımlar atılmışdı. O cümlədən Azərbaycanda 2018-ci ilin 11 aprel tarixində keçirilmiş növbədənkənar Prezident seçkiləri dövlətin və xalqın milli mənafeləri baxımından son dərəcə böyük əhəmiyyətə malik olan hadisə idi. Xalqın həmin gün yekdilliklə etimad göstərdiyi Prezident İlham Əliyev bu gün Azərbaycanı qalib dövlət kimi dünyaya tanıdıb və qəbul etdirib. Birmənalı olaraq demək lazımdır ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetlərinə çevrilib.”


Ürfət Həsənov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar