Xəbər lenti

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-nefroloqu Allahverdi Alıyevin 70 illik yubleyi qeyd edilib Fotolar

Tarix: 27-02-2026 14:09     Baxış: 1 295

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-nefroloqu Allahverdi Salman oğlu Alıyev 70 illik yubileyi münasibətilə kollektiv tərəfindən böyük hörmət və ehtiramla təbrik olunub.

Mubarizciler.az xatırladır ki, 29 fevral 1956-cı ildə Ağdam rayonunda anadan olan Allahverdi Alıyev 1974–1980-ci illərdə N.Nərimanov adına Tibb Universitetinin müalicə-profilaktika fakültəsində ali tibbi təhsil alıb.

 1980-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura keçərək əmək fəaliyyətinə başlayıb və ömrünün 45 ilini məhz bu tibb ocağına həsr edib.1981-ci ildə xəstəxananın Poliklinika şöbəsində həkim-terapevt kimi fəaliyyətə başlayan Allahverdi Alıyev, 1983-cü ildə Qastroenterologiya şöbəsində həkim-ordinator vəzifəsində çalışıb. 1985-ci ildən etibarən isə Nefrologiya şöbəsinə rəhbərlik edərək bu sahənin inkişafına, yüzlərlə pasiyentin sağlamlığına qovuşmasına mühüm töhfələr verib.

2017-ci ildə Mingəçevirdə İcbari Tibbi Sığortanın pilot layihə kimi tətbiqi dövründə Səhiyyə Xidmətləri Təşkili şöbəsinin müdiri kimi məsul vəzifəni icra edib. 2021–2024-cü illərdə isə Təcili Tibbi Yardım şöbəsinin müdiri vəzifəsində çalışaraq səhiyyə sistemində öz zəngin təcrübəsini uğurla davam etdirib. Allahverdi Alıyev 1989-cu ildən bu günədək Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri kimi də fəaliyyət göstərir. 

Uzunillik səmərəli fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunub, həmkarlar ittifaqındakı xidmətlərinə görə isə iki dəfə medalla mükafatlandırılıb. 70 illik yubileyi münasibətilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov kollektiv qarşısında çıxış edərək yubilyarı səmimi qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb və  Fəxri fərmanla təltif edilib. Ailəsinə bağlı, nümunəvi ziyalı olan Allahverdi Alıyev ailəlidir, 3 övlad atası, 7 nəvənin qayğıkeş babasıdır. Onun həm peşəkar fəaliyyəti, həm də ailə dəyərlərinə sadiqliyi gənc nəsil üçün örnəkdir.

Yubileyiniz mübarək, hörmətli həkim! 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar