Xəbər lenti

Qazax Polisi məktəblilərin qonağı olub Fotolar

Tarix: 26-02-2026 17:15     Baxış: 980

Sağlam Gənclik – Güclü Cəmiyyətin Təməli

Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Daş Salahlı kənd 1 saylı tam orta məktəbində narkotik vasitələrin zərəri, erkən nikah və dini radikalizm mövzularında maarifləndirici tədbir keçirilib.

Tədbirdə məktəbin şagird və müəllim kollektivi ilə yanaşı valideynlər də iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, çıxış edən RPŞ-nin rəisi polis polkovniki Sənan Əsədov bildirib ki, narkotik asılılığı insan həyatını məhv etməklə yanaşı, cəmiyyətin təhlükəsizliyinə də ciddi təhdid yaradır.

O, erkən nikahın gənclərin təhsil və şəxsi inkişaf imkanlarını məhdudlaşdırdığını, dini radikalizmin isə sağlam düşüncəyə və ictimai sabitliyə zərbə vurduğunu qeyd edib. Polis polkovniki bu kimi neqativ halların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin, valideyn nəzarətinin və gənclərlə aparılan profilaktik işlərin mühüm rol oynadığını vurğulayıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar