Xəbər lenti

Goranboyda Xocalı soyqırımı faciəsinin 34-cü ildönümü qeyd edildi Fotolar

Tarix: 26-02-2026 13:29     Baxış: 1 582

Goranboyda, Xocalı soyqırımı faciəsinin 34-cü ildönümü ilə bağlı, ümumrayon tədbiri keçirildi.

Xocalı soyqırımı faciəsinin 34-cü ildönümü ilə bağlı, Goranboy şəhərində keçirilən tədbirdə rayon  İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər  şəxsləri,  xidmət sahələrinin  rəhbərləri və kollektivi, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. 

Mubarizciler.az xəbər verir ki, Yeni Yaşayış Massivində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Abidə ziyarət olundu, soyqırıma həsr olunmuş rəsm sərgisi nümayiş  etdirildi.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə 106 qadını, 63 uşağı və 70 nəfər yaşlı insanı, ümumilikdə 613 nəfəri qətlə yetirib, 1275 sakini girov götürüblər, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. Xocalı şəhəri yerlə-yeksan edilib. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilib və onlardan 76 nəfəri uşaq olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar