Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Leyla Əliyeva Vətən müharibəsi Qəhrəmanı Şahin Allahyarovun ailəsini ziyarət edib Fotolar

Tarix: 25-02-2026 11:04     Baxış: 1 057

Fevralın 24-ü Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin şəhid baş giziri Şahin Allahyarovun ailəsini ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, əvvəlcə Leyla Əliyeva şəhidin xatirə guşəsi ilə tanış olub.

Daha sonra şəhidin anası Nərgiz Allahyarova ilə söhbət edib, onun oğlu haqqında xatirələrini dinləyib, şəhidin həyatının müxtəlif dövrlərini əks etdirən şəkillərinə baxıb, Vətən müharibəsi dövründə ailə üzvlərinə göndərdiyi videoçarxı izləyib.

N.Allahyarova şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə edib, dövlət başçısına və ailə üzvlərinə minnətdarlığını bildirib, ölkəmizə sülh, əmin-amanlıq arzulayıb.

Leyla Əliyeva şəhidin ailə üzvlərinə hədiyyələr təqdim edib, onlarla şəkil çəkdirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov 2020-ci ildə 44 günlük Vətən müharibəsində Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Quba rayonunda dəfn edilib.

Döyüşlər zamanı göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunub.

Xatırladaq ki, Şahin Allahyarov Vətən müharibəsi dövründə ailəsinə göndərdiyi video ilə tanınmışdı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar