Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboyda “su çərşənbəsi” şəhid ocağında qeyd edildi Fotolar

Tarix: 24-02-2026 20:25     Baxış: 1 267

Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Veyisli kəndində Novruz bayramı ümumrayon tədbirləri çərçivəsində, su çərşənbəsi bayram tədbiri keçirildi. 

Mubarizciler.az xəbər verir ki, tədbirdə İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Şəhid ailələri, Qazilər və ictimaiyyətin nümayəndələri iştirak etdilər. İcra başçısı tədbir iştirakçılarını, xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək can sağlığı, bol ruzi və sülh arzuladı. Tədbirdə rayonumuzun mədəniyyət işçilərinin və incəsənət ustalarının ifasında bayram proqramı, folklor nümunələri təqdim edildi, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirildi. Sonda bayram tonqalı yandırıldı




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar