Xəbər lenti
19-02-2026, 16:27
 
18-02-2026, 13:03
 

Müstəqim Məmmədov şəhid ailəsini ziyarət edib Fotolar

Tarix: 22-02-2026 20:42     Baxış: 287

Müstəqim Məmmədov  Borsunlu kəndindən olan şəhid Əsgərov Nofəlin ailə üzvlərini ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan, Əsgərov Nofəl Cahangir oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb. İcra başçısı bütün şəhid ailələrinin baş tacımız olduğunu bildirib.

 O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib. Xatırladaq ki, Əsgərov Nofəl Cahangir oğlu 10 sentyabr 1965-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 5-ci sinfə qədər Borsunlu kənd orta məktəbində oxumuş, sonra isə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçdüklərinə görə Gəncə şəhəri 20 saylı orta məktəbdə təhsilini davam etdirib. O, 15 iyun 1992-ci ildə Sırxavənd döyüşlərində 200 nəfərə yaxın əsgəri mühasirədən azad etdikdən sonra erməni gülləsinə tuş gələrək həlak olmuşdur. Şəhidin nəşinin qalıqları ailəsinin məskunlaşdığı Gəncə şəhərində şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar