Xəbər lenti

Tərtər Rayon İcra Hakimiyyətində aparat müşavirəsi keçirilib Fotolar

Tarix: 20-02-2026 12:39     Baxış: 770

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə növbəti aparat müşavirəsi keçirilib.

Mubarizciler.az xəbər verir ki,  Müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının və İƏD üzrə nümayəndəliklərin əməkdaşları idarə, müəsisə və təşkilat rəhbərləri iştirak ediblər.

Müşavirədə vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problemlərinin və sosial qayğılarının öyrənilib həlli istiqamətində tədbirlərin görülməsi, DNİS üzrə tapşırıqların icra vəziyyəti, bələdiyyələr tərəfindən vergilərin yığılması, əhali arasında daşınmaz əmlakların sığortalanması üçün maarifləndirmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyə və şəhərsalma-arxitektura tələblərinə uyğunluğu məsələləri müzakirə olunub. Həmçinin əkin sahələrinin suvarılmasında növbəliliyin təmin olunması, aqrar sahədə mövsümi işlər, pambıq əkini üçün müqavilələrin bağlanması, əkinlərin bəyan olunmasının sürətləndirilməsi, Tərtər şəhəri və bütün yaşayış məntəqələrində yolkənarı ərazilərin təmizlik-abadlıq işləri, şəhid ailələrinin ziyarət olunması və sosial problemlərinin həllinə köməklik, yas mərasimlərində ehsanın sadələşdirilməsi ilə bağlı vətəndaşlarla maarifləndirici söhbətlərin aparılması məsələləri müzakirə olunub.

Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar