Xəbər lenti
19-02-2026, 16:27
 
18-02-2026, 13:03
 

Eyvaz Hüseynov 320 ailəlik Xocavənd qəsəbəsində səyyar qəbul eçirdib Fotolar + Yenilənib

Tarix: 19-02-2026 17:34     Baxış: 714

Növbəti səyyar qəbul 320 ailəlik Xocavənd qəsəbəsində keçirilib.

Mubarizciler.az xəbər verir ki, 19 fevral 2026-cı il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir. 

Qəbulda rayon sakinləri, idarə və təşkilat rəhbərləri, eləcə də İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı qəbulda çıxış edərək bildirmişdir ki, dünyada mürəkkəb geosiyasi proseslərin, iqtisadi qeyri-sabitliyin və münaqişələrin davam etdiyi bir dövrdə cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan dövləti möhkəm siyasi sabitliyini qoruyub saxlamış, sosial-iqtisadi inkişafını uğurla davam etdirərək milli maraqlarını qətiyyətlə təmin etmişdir.

Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq səviyyədə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, Prezidentin Davos İqtisadi Forumu çərçivəsində keçirilən tədbirlərdə iştirakı Azərbaycanın beynəlxalq iqtisadi və geosiyasi mövqelərinin daha da möhkəmləndirilməsi baxımından kifayət qədər uğurlu olmuşdur. Eyni zamanda, Davos səfəri çərçivəsində Azərbaycanın ABŞ-ın Sülh Şurası Nizamnaməsinə qoşulması da xüsusi əhəmiyyət daşıyan addım kimi qiymətləndirilmişdir.

Bununla yanaşı, fevralın 3-də Prezident İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabi şəhərində keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləmişlər. Bu təlim Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha nümayiş etdirmişdir.

Eyni zamanda, Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi dəyərləndirilmişdir.

Digər mühüm hadisə kimi, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vensin Azərbaycana rəsmi səfəri qeyd edilmişdir. Səfər çərçivəsində keçirilən görüşlərdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunmuşdur.

Bildirilib ki, ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu olmuşdur.

Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilmişdir ki, bu da iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verdilmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar