Xəbər lenti

Cəlilabadda şəhid Quliyev Mahir Abuzər oğlu ilə vida mərasimi keçirildi Fotolar

Tarix: 19-02-2026 17:14     Baxış: 875

Uzun illər itkin kimi qeydiyyatda olan şəhidin nəşinin qalıqları müəyyən edilərək bu gün ailəsinə təhvil verilib.

Mubarizciler.az xəbər verir ki, ailəsinin və yaxınlarının yolunu gözlədiyi Mahir Quliyevin nəşinin tapılması və şəxsiyyətinin müəyyən olunması dövlətimizin şəhidlərimizə və itkin düşmüş soydaşlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Şəhid Mahir Quliyev Cəlilabad şəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mahir Quliyev 1958-ci ildə Cəlilabad şəhərində anadan olub. O, könüllü olaraq döyüşlərə qatılarkən iki azyaşlı qızı və bir oğlunu Vətənə əmanət qoyub. 1992-ci il iyunun 15-də Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar