Xəbər lenti
19-02-2026, 16:27
 
18-02-2026, 13:03
 

İtkin şəhidlərimiz dəfn olundu Fotolar + Yenilənib

Tarix: 19-02-2026 16:49     Baxış: 539

Mingəçevir şəhərində şəhid Şahin Heydər oğlu Kərimovla vida mərasimi təşkil olunub.

Mubarizciler.az ın məlumatına görə, uzun illər itkin kimi qeydiyyatda olan şəhidin nəşinin qalıqları müəyyən edilərək bu gün ailəsinə təhvil verilib.

Vida mərasimi Mingəçevirdə şəhidin ata ocağında keçirilib. Mərasimdə şəhər sakinləri, idarə müdirləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin yaxınları iştirak ediblər.

Şəhidin Mingəçevir Şəhər Şəhidlər xiyabanında dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Ş. Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsində iştirak edib. 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşmüşdü.

***

Şəhid Ş. Kərimovla vida mərasimi keçirildikdən sonra o, Mingəçevir Şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak edib. Şəhidin tabutuna bükülən Azərbaycan bayrağı onun anasına təqdim edilib.

***

Bu gün həmçinin Göyçayda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vüqar Səlim oğlu Babayevlə vida mərasimi keçirilib.

“Report”un məlumatına görə, vida mərasimində şəhidin doğmaları, Göyçay rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Göyçayın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, V.Babayev 1972-ci il aprelin 16-da Göyçayın Qarabaqqal kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

***

Cəlilabadda şəhid Mahir Abuzər oğlu Quliyev ilə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra onun nəşi Cəlilabad şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, M.Quliyev 1958-ci ildə Cəlilabadda anadan olub. O, könüllü olaraq döyüşlərə qatılarkən iki azyaşlı qızı və bir oğlunu Vətənə əmanət qoyub.

O, 1992-ci il iyunun 15-də Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar