Xəbər lenti
15-09-2026, 17:52
 

Anar Məmmədov növbəti dəfə seçicilərini dinləyib Fotolar

Tarix: 19-02-2026 16:38     Baxış: 1 001

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Ələsgərli kəndində vətəndaşları qəbul edib.

Mubarizciler.az xəbər verir ki, qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının Ərazi-təşkilat məsələləri sektoru müdiri Əliyev Fizuli, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru müdiri Nəcəfov Ülvi və rayon ağsaqqalları iştirak edib.

Qəbul zamanı sakinlər tərəfindən müxtəlif sosial, infrastruktur və fərdi məsələlərlə bağlı müraciətlər səsləndirilib. Anar Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib. Araşdırılması tələb olunan digər müraciətlərlə bağlı isə müvafiq qurumlara sorğuların göndərilməsi və nəticələrin izlənilməsi qərara alınıb.

Rayon ağsaqqalları və sakinlər dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar