Xəbər lenti
19-02-2026, 16:27
 
18-02-2026, 13:03
 

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatında ərazi partiya təşkilatları ilə görüş keçirildi Fotolar

Tarix: 18-02-2026 20:04     Baxış: 805

18 fevral 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının inzibati binasında ƏPT sədrlərinin və bələdiyyə sədrlərinin iştirakı ilə 2025-ci ilin yekunlarına dair yığıncaq keçirildi.

Mubarizciler.az xəbər verir ki  İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək, bu gün sıralarında cəmiyyətin bütün təbəqələrini əhatə edən, 755 mindən çox üzvü özündə birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin ideyalarının daşıyıcısı kimi cəmiyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirdiyini diqqətə çatdırdı. Qeyd olundu ki, bu gün Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli siyasəti nəticəsində Azərbaycan dünyanın ən aparıcı dövlətləri sırasında yer alır. Sonra Samir Qocayev bildirdi ki, YAP Goranboy rayon təşkilatı bütövlükdə ölkəmiz üçün uğurlu və ictimai-siyasi hadisələrlə zəngin olan 2025-ci ildə üzərinə düşən vəzifələrin icrasını təmin etmək istiqamətində müəyyən işlər görmüş, partiyanın rəhbər orqanlarının göstəriş və tövsiyyələrinin vaxtında və düzgün yerinə yetirilməsinə səy göstərmişdir. Sonra YAP rayon təşkilatının sədr müavini geniş hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülən işlərdən danışıb. Daha sonra müzakirə formatında davam edən görüşdə rayon təşkilat sədri bir sıra həlli vacib olan məsələləri ərazi partiya təşkilatı sədrlərin və bələdiyyə sədrlərinin diqqətinə çatdıraraq müvafiq tövsiyyə və tapşırıqlar verdi və onları Partiyamızın sədri, Prezident cənab İlham Əliyevin uğurla həyata keçirtdiyi siyasi proseslərdə daha da fəal olmağa və yaxından iştirak etməyə çağırıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar