Xəbər lenti
15-09-2026, 17:52
 

Bu gün niyyət axşamıdır

Tarix: 18-02-2026 13:03     Baxış: 1 001

Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi və ilk niyyət axşamıdır. 

 Mubarizciler.az  xəbər verir ki, bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.

Artıq sabahdan etibarən islam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu Ramazan ayı başlayır. Ramazan həm də, ruhi paklanma, səbir, yardımlaşma və mərhəmət ayı kimi qəbul olunur.

Bu ayda oruc tutmaqla yanaşı, duaların artırılması, ehtiyacı olanlara yardım edilməsi, pis vərdişlərdən uzaq durulması tövsiyə edilir.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Ramazan ayının birinci günü fevralın 19-na,  Ramazan bayramı isə martın 20-nə təsadüf edəcək.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar