Xəbər lenti

Naftalanlı cüdoçu ACF Kubokunda bürünc medal qazanıb Fotolar

Tarix: 17-02-2026 16:04     Baxış: 574

16 fevral 2026-cı il tarixdə Abşeron Olimpiya İdman Kompleksində baş tutan qadınlar və kişilər arasında ne-vaza üzrə ACF Kubokunda Naftalan şəhərini təmsil edən idmançı Naftalan UGİM-in yetirməsi Qurbanov Sadiq Nadir oğlu (-60 kq çəki dərəcəsində) yüksək nəticə göstərməklə lll yerə layiq görülərək bürünc medal qazanıb. Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançıların görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi daha effektiv şəkildə məğlub etmək üçün vacib taktiki yanaşmaların formalaşmasında mühüm rol oynayır.

Mubarizciler.az xəbər verir ki, Gənc idmançımız Sadiq Qurbanov 2020-ci il 27 sentyabr tarixində başlanmış 44 günlük Vətən müharibəsinin ilk günündə şəhidlik zirvəsinə ucalmış Qurbanovlar ailəsinin üzvüdür.

Mənfur düşmənin dinc əhaliyə qarşı həyata keçirdiyi ağır artilleriya atəşi nəticəsində baş vermiş partlayış zamanı Sadiqin ailəsinin, o cümlədən ikisi azyaşlı uşaq olmaqla, ümumilikdə beş üzvü şəhid olmuşdur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar