Xəbər lenti
15-09-2026, 17:52
 

Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcmasının rəhbər heyəti ilə görüş keçirilib Fotolar

Tarix: 17-02-2026 09:23     Baxış: 714

Nümayəndə heyətini QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə qəbul edib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə Qərbi Azərbaycanın dini-mənəvi irsinin qorunması, dağıdılmış məscid və qəbiristanlıqların taleyi, eləcə də milli-mənəvi dəyərlərin müdafiəsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxışında tarixi dini abidələrin məhv edilməsinin təkcə milli irsə deyil, ümumbəşəri dəyərlərə qarşı yönəlmiş ciddi problem olduğunu vurğulayıb.

Şeyxülislam dini-mənəvi irsin qorunmasının hər bir xalq üçün müqəddəs vəzifə olduğunu bildirərək bu istiqamətdə həmrəyliyin vacibliyini qeyd edib.

İrəvan qazısı Bəxtiyar Nəcəfov tarixi Azərbaycan torpaqlarının zəngin dini-mənəvi irsi, “İrəvani” nisbəsi ilə İslam aləmində tanınmış alimlər haqqında məlumat verib, həmçinin qazılığın gələcək fəaliyyət istiqamətlərini diqqətə çatdırıb.

Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda baş tutub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar