Xəbər lenti

Astarada Polis Akademiyasında təhsil almaq istəyən məktəblilərlə görüş keçirilib Fotolar

Tarix: 16-02-2026 20:56     Baxış: 574

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almağı hədəfləyən yuxarı sinif şagirdləri və onların valideynləri ilə Astara Rayon Polis Şöbəsində görüş təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, Akademiyada təhsil alan kursantların da iştirak etdiyi tədbirdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Azər Cəfərov daxili işlər orqanlarının ölkədə sabitliyin və ictimai təhlükəsizliyin təmin olunmasında, habelə hüquq normalarının qorunmasında göstərdiyi xidmət barədə şagirdlərə geniş məlumat verib. 

Polis peşəsinə maraq göstərən gənclərə məsuliyyətli davranmağın, sağlam həyat tərzi sürməyin və təhsilə xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb. Polis Akademiyasına qəbul qaydaları və şərtləri, akademiyada yaradılmış tədris, elmi və sosial mühit, kitabxana, laboratoriya və praktiki təlim bazası, kursantların sosial təminatı və imtiyazları, daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi inkişaf mərhələləri haqqında məktəblilərə geniş məlumatlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar