Xəbər lenti

Vüqar Novruzov Yeni Qızılca kəndində səyyar görüş keçirdib Fotolar

Tarix: 16-02-2026 20:09     Baxış: 875

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı, müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir.

Səyyar qəbullar-əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

 Mubarizciler.az xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Yeni Qızılca kənd sakinləri ilə səyyar görüş keçirib. 

Görüşdən əvvəl kənd ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət edilmiş, önünə gül dəstələri düzülərək şəhidlərin xatirəsi dərin ehtiramla yad olunmuşdur.

Görüşdə RPŞ-nin rəisi, RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və xidmət sahələrinin məsul şəxsləri iştirak ediblər.

Qəbula gələn sakinlərin müraciətləri ilə əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürülüb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar