Xəbər lenti

Müstəqim Məmmədov Dünya və Avropa çempionu, Olimpiya mükafatçısı, "Şöhrət" ordenli Rəsul Çunayevlə görüşüb Fotolar

Tarix: 13-02-2026 16:21     Baxış: 840

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Güləş Federasiyasının Nümayəndələrlə iş şöbəsinin mütəxəssisi, Avropa və Dünya çempionu, Olimpiya mükafatçısı, Azərbaycan Respublikası Prezidentinin Fəxri Fərmanı və “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü Rəsul Çunayevlə görüşüb.

  Mubarizciler.az xəbər verir ki, görüşdə rayon rəhbəri Müstəqim Məmmədov çıxış edərək, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə idmanın kütləviləşməsinə, gənclərin sağlam ruhda böyüməsinə və beynəlxalq arenalarda qazanılan parlaq qələbələrə göstərdikləri yüksək dövlət qayğısından ətraflı bəhs edib. 

O vurğulayıb ki, məhz bu ali diqqətin nəticəsidir ki, Azərbaycan bu gün dünyada qabaqcıl idman ölkələrindən biri kimi tanınır və idmançılarımız ən mötəbər kürsülərdə bayrağımızı ucaldırlar. Bu uğurların Tərtər rayonunda da öz əksini tapdığını deyən icra başçısı, rayonda güləş idman növünə gənclər arasında böyük marağın olduğunu, tərtərli idmançıların həm respublika, həm də beynəlxalq səviyyəli yarışlarda rayonu layiqincə təmsil etdiklərini bildirib. Qeyd edib ki, yerli gənclərin fiziki sağlamlığı və peşəkar idmanla məşğul olması üçün rayon rəhbərliyi tərəfindən hər bir şərait yaradılır və bu istiqamətdə görülən işlər bundan sonra da davamlı xarakter daşıyacaqdır. Müstəqim Məmmədov çıxışında Rəsul Çunayevin idman karyerası ilə bağlı maraqlı və tarixi bir xatirəni də xatırladıb. Bildirib ki, Rəsul Çunayevi hələ 2003-cü ildə Yevlax şəhər Gənclər, İdman və Turizm idarəsinin rəisi vəzifəsində işləyən zaman “Şöhrət” ordenli, Xaldan kənd kompleks orta məktəbin direktoru Zahid Şöyübovun mükafatı uğrunda yunan-roma güləşi üzrə keçirilən 18-ci ənənəvi respublika turnirində birinci yer tutduğu üçün fəxri fərmanla təltif edib. Rayon rəhbəri o illərdə gənc idmançıda gördüyü böyük əzmkarlığın bu gün dünyaşöhrətli uğurlara çevrilməsindən qürur duyduğunu vurğulayaraq, onun hər zaman Azərbaycan gəncliyi üçün bir nümunə olduğunu qeyd edib.Sonra Rəsul Çunayev çıxış edərək öz növbəsində göstərilən səmimi qəbula, diqqətə və illər öncə ona verilən o ilk motivasiyaedici dəstəyə görə minnətdarlığını bildirib. O, Tərtər rayonuna səfərindən məmnunluğunu ifadə edərək, rayon rəhbərinin idmana və idmançılara olan həssas münasibətini yüksək qiymətləndirdiyini, gənc güləşçilərin inkişafı və təcrübə qazanması üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Sonda qonağa rayon rəhbəri tərəfindən xatirə hədiyyəsi təqdim edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar