Xəbər lenti
25-07-2026, 19:27
 

Tərtərdə Polis narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirdib Fotolar

Tarix: 13-02-2026 15:56     Baxış: 1 344

*Saǧlam həyat - doğru seçimdir*

Mubarizciler.az xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 6 saylı tam orta məktəbdə şagirdlərlə narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib.

Tədbir zamanı çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Məmmədov narkotik vasitələrin insan həyatına, sağlamlığına və sosial davranışına göstərdiyi zərərli təsirlərdən bəhs edib. Bildirilib ki, asılılıq yaradan maddələr gənclərin həyat yolunu yanlış istiqamətə yönəldir və onların potensial imkanlarını məhdudlaşdırır.

Şagirdlərə sağlam həyat tərzinin əsas prinsipləri, təhlükəli mühitlərdən uzaq durmağın əhəmiyyəti və düzgün seçimlərin nəticələri barədə məlumat verilib. Eyni zamanda kiberməkanda rast gəlinən risklər, xüsusilə dələduzluq halları və onlardan qorunma yolları diqqətə çatdırılıb.

Sonda maraq doğuran suallar cavablandırılıb və mövzuya aid maarifləndirici video çarx nümayiş olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar