Xəbər lenti

Polis Akademiyasının kursantı Qusarda polis olmaq arzusunda olan gənclərlə görüşüb Fotolar

Tarix: 13-02-2026 14:09     Baxış: 1 246

Qusar rayonundan olan və hazırda Polis Akademiyasında təhsil alan kursant doğma rayonuna gələrək Qusar Rayon Polis Şöbəsində Polis Akademiyasına hazırlaşan abituriyentlərlə görüş keçirib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Qusar RPŞ-nin rəisi polis polkovniki Azər Əfəndiyev, hazırda Polis Akademiyasında təhsil alan rayonun orta məktəb məzunu, abituriyentlər və valideynlər iştirak ediblər.

 Görüş zamanı kursant Akademiyada təhsil prosesi, qəbul qaydaları, fiziki və nəzəri hazırlıq mərhələləri, eləcə də gələcək polis əməkdaşının üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat verib, gənclərin suallarını cavablandırıb. Tədbir çərçivəsində abituriyentlər Qusar RPŞ-nin inzibati binası, xidməti otaqlar və polis avtomobilləri ilə yaxından tanış olublar. Onlara polis orqanlarının fəaliyyəti, gündəlik xidmət prosesi və maddi-texniki təminat barədə məlumat təqdim edilib.Görüşün əsas məqsədi gənclərdə polis peşəsinə marağın artırılması, onların düzgün istiqamətləndirilməsi və gələcək karyera seçimində dəstək göstərilməsi olub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar