Xəbər lenti
15-09-2026, 17:52
 

Pensiyalar artımlarla birgə ödənildi

Tarix: 13-02-2026 13:56     Baxış: 1 106

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, həmçinin Naxçıvan MR üzrə fevral ayının pensiyaları yeni artımlarla birgə ödənilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödənilib, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar