Xəbər lenti

Müstəqim Məmmədov növbəti səyyar-qəbul görüşü Qaraağacı kəndində keçirib Fotolar

Tarix: 12-02-2026 20:36     Baxış: 700

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Mubarizciler.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Qaraağacı kənd İƏD üzrə nümayəndəliyin Qaraağacı kəndində keçirilib.

Qəbulda rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Qaraağacı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur. Qeyd olunub ki, Qaraağacı kəndinin 887 hektar ərazisi, 346 təsərrüfatı, 1488 nəfər əhalisi var. Ərazidə 1 tam orta məktəb, 1 körpələr evi-uşaq baxçası, 1 kitabxana, 1 mədəniyyət evi, 3 ticarət obyekti, 2 iaşə və 1 məişət obyekti, 11 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 526 baş iribuynuzlu, 332 baş xırdabuynuzlu heyvan, 2317 baş quş və 56 arı ailəsi saxlayırlar. Son üç ildə Qaraağacı kəndində su arxları 22 km məsafədə lildən təmizlənib, kənd arası yollar 1000 metr məsafədə təmir olunub, kənd ərazisinə 270 ədəd müxtəlif növ ağac əkilib, kəndarası yolların kənarları alaq otlarından və məişət tullantılarından  təmizlənib və məişət tullantılarının məhv edilməsi üçün quyu qazılıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Hacı Əliyev suvarma arxının təmizlənməsi, Azər Qurbanov “Təley” arxının üzərindəki körpünün təmir olunması və digər məsələlər ilə bağlı müraciət ediblər. Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib. Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar