Xəbər lenti

Elçin Kərimov 41 nömrəli təbiət və humanitar fənlər təmayüllü lisey və Göygöl rayon texniki və təbiət fənlər təmayüllü liseyin kollektivi ilə görüşüb Fotolar

Tarix: 12-02-2026 19:44     Baxış: 1 498

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Gəncə şəhəri Səməd Vurğun adına 41 nömrəli təbiət və humanitar fənlər təmayüllü lisey və Göygöl rayon texniki və təbiət fənlər təmayüllü liseyin kollektivi ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki, görüşün əsas məqsədi təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması, idarəetmə prosesinin təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişafı və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində görülən işlərin müzakirəsi, eləcə də mövcud problemlərin öyrənilməsi olub.

Elçin Kərimov çıxışında qeyd edib ki, müasir dövrün tələblərinə uyğun olaraq təhsil müəssisələrində innovativ yanaşmaların tətbiqi, şagirdyönümlü təlim mühitinin yaradılması, müəllimlərin davamlı inkişafı və fənn kurikulumlarının səmərəli icrası prioritet istiqamətlərdəndir. O bildirib ki, liseylərdə təmayül istiqamətləri üzrə keyfiyyətli tədrisin təşkili, şagirdlərin elmi bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların müsabiqə və olimpiadalarda iştirakının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı təhsil müəssisələrinin fəaliyyəti, əldə olunan nəticələr, qarşıya qoyulan hədəflər və perspektiv planlar barədə ətraflı fikir mübadiləsi aparılıb. Müəllimlərin tədris prosesində istifadə etdikləri metod və yanaşmalar, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi mexanizmləri, həmçinin valideyn–məktəb əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar